8 Aprel 23:38
8 Aprel 23:32
11 May 2022 10:15
25 732
Onlar “Alinəsəb” xəstəxanasının qarşısında etiraz mitinqi keçirblər.
Mayın 10-da Təbrizin “Alinəsəb” xəstəxanasının işçiləri xəstəxananın həyətində etiraz mitinqi keçiriblər.
Onlar qanunla nəzərdə tutulmuş əlavə əmək haqlarının ödənilməməsinə, iş mühitində üzləşdikləri problemlərə və qarşılaşdıqları ədalətsizliklərə etiraz ediblər.
Etirazçılar, habelə yalnız müalicə həkimlərinə verilən əlavə ödənişlərin bölgüsündə ədalət prinsipinin qorunmasını istəyiblər.
“Ölkədə hakim olan ağır iqtisadi şərayit və inflyasiyanın şiddətləndiyi bir vaxtda bizə verilən cüzi əmək haqqı ilə dolanmaq mümkün deyil”-deyə, tibb işçiləri bildiriblər.
Tibb işçiləri “ləyaqətsiz müdir istefa, istefa”, “əmək haqqı az. Inflyasiya yüksək” və “işçilər arasında ayrı-seçkiliyə son” şüarları yazılmış plakatlar qaldırıblar.
Təbrizin “Alinəsəb” xəstəxanası Sosial Təminat Təşkilatının İranın şimal-qərb bölgəsindəki ən böyük tibb mərkəzlərindən biri olmasına baxmayaraq burada çalışan işçilərin əksəriyyəti ən az əmək haqqı qarşılığında işlədilir.
Gunaz.tv
2 Aprel 14:19
3 724
31 Mart 09:43
4 886
17 Mart 12:33
10 038