Milli fəal Behnam Zareyinin girovla müvəqqəti sərbəst buraxılmasına icazə verilmir Güney Azərbaycan

Milli fəal Behnam Zareyinin girovla müvəqqəti sərbəst buraxılmasına icazə verilmir

Prokurorluq iyulun 9-da həbs edilən milli-mədəni fəal Behnam Zareyinin girov müqabilində müvəqqəti azadlığa buraxılmasına icazə vermir.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən olan Behnam Zareyi iyulun 27-də Əhər zindanına köçürülüb.

Vərziğan prokurorluğu milli fəalın ailəsinin müraciətlərinə baxmayaraq girov təyin etməkdən imtina edib.

Zarei iyulun 27-də Əhər şəhərinin zindanına köçürülüb və onun ailəsi ilə görüşü və telefon danışığına icazə verilmir.

Bu günə kimi Behnam Zareyinin barəsində dəqiq ittiham irəli sürülməsə də, onun "Vərziğansəsi" sosial media şəbəkəsi vasitəsilə bölgənin problemləri, ətraf mühitin məhv edilməsi barədə paylaşımları ilə bağlı saxlanıldığı ehtimal edilir.

Behnam Zarei iyulun 9-unda Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Behnam Zarei kənd təsərrüfatı elmləri üzrə bakalavrlar və siyasi elmlər üzrə aspirantdır.

Gunaz.tv