Filippində sərnişin bərəsi yanıb, ölənlər var Dünya

Filippində sərnişin bərəsi yanıb, ölənlər var

Filippinin qərb sahili sularında yerləşən bərənin göyərtəsində yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Sahil Mühafizəsinin əməkdaşı, kapitan Noemi Kayabyabın sözlərinə görə, insident nəticəsində ən azı beş nəfər həlak olub.

"Hazırda xilas edilənlər və həlak olanlar barədə əlimizdə olan məlumatlara əsasən, biz hələ də 87 nəfərin axtarışını davam etdiririk", — deyə o bildirib.

O qeyd edib ki, 42 nəfər xilas edilib, xilasetmə işləri davam etdirilir.

"MV June Aster" bərəsi Maniladan yola düşüb və çərşənbə günü təxminən saat 18:45-də Palavan əyalətinin Koron şəhəri yaxınlığında olarkən göyərtədə yanğın başlayıb.

Sahil Mühafizəsinin nümayəndəsinin sözlərinə görə, gəmidə 134 nəfər olub, onlardan 117-si sərnişin, 17-si isə heyət üzvüdür.

Göyərtədə əcnəbilərin olmadığı bildirilir.

Yanğının səbəbləri hələlik məlum deyil.

Məryəm Quliyeva