ABŞ-İran qarşıdurması: Hörmüz problemi necə həll olunacaq?
9 Sentyabr 23:45
9 Sentyabr 23:45
9 Sentyabr 23:12
9 Sentyabr 23:10
9 Sentyabr 23:10
08:56
322
Pentaqon payızda Yaxın Şərqə 3-cü dəniz piyadaları ekspedisiya batalyonunu göndərməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Bu batalyon iyun ayından bəri regionda olan 11-ci ekspedisiya batalyonunu əvəz etməlidir.
Bununla paralel olaraq, Pentaqon rəhbəri Pit Heqset Yaxın Şərqdəki bəzi bölmələrin dislokasiya müddətini 2027-ci ilə qədər uzadıb. Nəşrin məlumatına görə, HHM qüvvələrinin yerləşdirilməsinin isə müddətsiz uzadılması planlaşdırılır. Bu bölmələr ABŞ-nin Yaxın Şərqdə dislokasiya olunmuş 50 minlik hərbi qulluqçudan ibarət qruplaşmasının tərkibinə daxildir.
Amerikalı hərbçilər həmçinin aviasiyanın rotasiyasını həyata keçirirlər: ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının "F-16" qırıcıları İtaliyadakı "Aviano" bazasına qayıdan döyüş təyyarələrini əvəz edir.
Nəşrin mənbələrinin məlumatına görə, bu addımlar prezident Donald Trampa İranla daha uzunmüddətli qarşıdurma üçün hərbi resurslar vermək məqsədi daşıyır. ABŞ hakimiyyəti İrana qarşı hərbi kampaniyanın onun prezidentlik müddətinin sonuna qədər uzana biləcəyinə hazırlaşır.
Məryəm Quliyeva