Tramp: Respublikaçılar qalib gəlsə, hər bir amerikalıya 5 min dollar veriləcək Dünya

Tramp: Respublikaçılar qalib gəlsə, hər bir amerikalıya 5 min dollar veriləcək

ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq seçkilərində qalib gələcəyini düşünür və hətta partiya ABŞ Konqresinin hər iki palatasında qələbə qazanarsa, həmvətənlərinə dividend verəcəyini vəd edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp Respublikaçılar Partiyasının Teksasdakı qurultayında çıxış edərkən bəyan edib.

"Əgər respublikaçılar Nümayəndələr Palatasına və ABŞ Senatına keçirilən seçkilərdə - hər iki palatada qalib gəlsələr, siz də bizimlə birgə qalib gələcəksiniz. Mən hər bir yetkin ABŞ vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm", - deyə o, bildirib.

"Biz qalib gələ bilərik - həm konqresmenlər, həm də senatolar", - deyə prezident hesab edir.

O, seçiciləri bülletendə onun öz adının qeyd olunduğunu "təsəvvür etməyə" çağırıb.

Məryəm Quliyeva