Tramp: "Venesuela sazişi ABŞ-ni 500 illik neftlə təmin etdi" Dünya

Tramp: "Venesuela sazişi ABŞ-ni 500 illik neftlə təmin etdi"

ABŞ Venesuela ilə bağlanan energetika sazişi nəticəsində 500 ilə çatacaq neft ehtiyatlarına çıxış əldə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp bəyan edib.

"Neft haqqında danışaq. Son vaxtlar ehtiyatlarımıza əlavə etdiyimiz Venesuelanı nəzərə almasaq belə, biz dünyada ən böyük neft istehsalçısıyıq. Bu, ən böyük neft sazişidir və yəqin ki, ölkəmizin tarixində ən böyük sövdələşmədir. 65 milyard barel bizimdir və bunun nə demək olduğunu bilirsinizmi? Bu, bütün ömürlükdür, 500 illikdir", — deyə o, çərşənbə axşamı Dallasda, ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində hakim Respublikaçılar Partiyasının milli qurultayında çıxış edərkən bildirib.

Trampın sözlərinə görə, Vaşinqton Karakasla "əla münasibətlər" qurub.

Məryəm Quliyeva