Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
30 Noyabr 2022 09:43
4 991
Tehranın Fəşafuyə həbsxanasında məhkumluq həyatı yaşayan Güney Azərbaycanın tanınmış ana dili hərəkatı fəalı, siyasi məhbus Əlirza Fərşi aclıq aksiyası keçirəcək. O, yaydığı bəyanatda həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılmasından narazılığını bildirib.
Əlirza Fərşi cari həftə ərzində vəziyyəti və tibbi məzuniyyətə buraxılması ilə bağlı açıqlama verilməyəcəyi təqdirdə aclığa başlayacağını bildirib.
O, dekabrın 4-də gözünə edilən cərrahi əməliyyata görə baxış keçirilməli və tikişlərin götürülməli olduğunu, ancaq həbsxana rəhbərliyinin bununla bağlı heç bir tədbir görmək istəmədiyini qeyd edib.
Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
Bir müddət sonra ona qarşı açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il çatdırılıb.
Gunaz.tv
24 Oktyabr 12:56
1 652
23 Oktyabr 12:45
2 170
23 Oktyabr 12:33
2 163