Muğanda təbii fəlakətdən zərərçəkənlər taleyin ümidinə buraxılıb- VİDEO Güney Azərbaycan

Muğanda təbii fəlakətdən zərərçəkənlər taleyin ümidinə buraxılıb- VİDEO

Güney Azərbaycanın Germi və Biləsuvar bölgələrində baş verən sel daşqınlarından sonra minlərlə insan acınacaqlı vəziyyətə düşüb.

Gunaz.tv

Onlar yerli sosial media kanalları vasitəsilə hökumət orqanlarına müracitiət edib. Narazı insanlar bildirib ki, hakimiyyət orqanları onalra lazımi köməyi göstərmir. Daşqınların zərər vurduğu insanlar sanki taleyin ümidinə buraxılıb.

Məlumata görə, onlarla kəndin yolu, elektrik xətləri və su kəmərləri dağılıb. Zərəçəkənlər məişətdə çirkli çay və yağış sularından istifadəyə məcbur olduqlarını deyirlər.

Buna baxmayaarq, hökumət qurumları güneyli könüllülərin sel daşqınlarından zərər çəkənlərə yardım etmələrinə maneçilik törədir.

İyunun 5-də Germi və Biləsuvar kəndlərinə aparılan içməli su və ərzaq yükləri daşıyan maşınlar polis və SEPAH üzvləri tərəfindən saxlanılıb.

Saatlarla sorğu-sual edilən könüllülərə onların zərərçəkənlərə yardım etmək səlahiyyətlərinin olmadığını, yardımların Qızıl Aypara Cəmiyyətinə təhvil verilməsini tələb ediblər.

Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Biləsuvar və Germidə baş verən sel daşqınları onlarla kəndə ciddi ziyan vurub.

Yollar, elektrik və qaz xəttləri, habelə körpülər dağılıb, kəndlilərin çox sayda mal-qarasını sel aparıb.

Hazırda adı çəkilən bölgələrdə içməli su və ərzaq qıtlığı yaşanır.