16 Oktyabr 2023 17:17
8 274
Azərbaycan ərazisinə daxil olan təbrizli etirazçı Puya Purhimməti ölkəmizdən siyasi sığınacaq istəyib.
Gunaz.tv
"Turan" İnformasiya agentliyi xəbər verir ki, Purhimməti oktyabrın 12-də Ərdəbil əyalətinin Beyləsəvar sərhəd bölgəsində ağ bayraq qaldıraraq, Azərbaycan Respublikasının Sərhəd xidməti qüvvələrinə təslim olub.
Məlumata görə, o, bu il oktyabrın 9-da zaminə buraxılıb, lakin bundan sonra İranın təhlükəsizlik qüvvələri onu “yenidən həbs etmək üçün axtarışa veriblər ”.
Etirazlara görə ötən il sentyabrın 20-də Təbrizin təhlükəsizlik orqanlarının həbs etdiyi Purhimmətiyə 3 ay sonra bu şəhərin İnqilab məhkəməsinin birinci şöbəsi tərəfindən “daxili və ya xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və qabaqcadan əlbir olmaq” ittihamı ilə üç il müddətinə azadlıqdan məhrumiyyət cəzası kəsilib.
Habelə, iki il ərzində onun ölkədən çıxışına qadağa qoyulub.
24 Oktyabr 12:56
2 597
23 Oktyabr 12:45
3 101
23 Oktyabr 12:33
3 080