“Diaspor fəaliyyəti ən mühüm məsələlərdən biridir”
21 Sentyabr 18:58
21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
21 Sentyabr 16:57
14 İyun 2024 13:29
9 877
İyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs edilən mədəni fəal, sənətçi və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) "Böyük Tehran" həbsxanasına köçürülüb.
Gunaz.tv
Bu barədə mədəni fəala yaxın mənbələr GünazTV-ə məlumat verib.
Bildirilib ki, Məhəmməd Hadi Şərifinəsəb 10 gündən çox Evin həbsxanasının təhlükəsizlik bölməsinin təkadamlıq kamerasında saxlanılıb, işgəncə edilib.
O, "separatçı və pantürkist qrup yaratmaq, ölkənin təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq və ictimai rəyi çaşdırmaq, hökumət məmurunu döymək və təhqir etmək"də günahlandırılır.
Fəalın yaxınları və məlumatlı mənbələr Sərədkənd oğluna qarşı irəli sürülən ittihamların saxta olduğunu deyib,onun bundan əvvəl Urmu gölü ilə bağlı başladılan "Urmu_Araz üçün birlik" kampaniyasının başladılmasında aparıcı rol oynadığına görə cəzalandırıldığı bildirilib.
21 Sentyabr 10:47
868
18 Sentyabr 16:47
1 827
18 Sentyabr 16:46
1 806