Yol qəzalarının artması Ərdəbilin imam cüməsini də dilə gətirdi Güney Azərbaycan

Yol qəzalarının artması Ərdəbilin imam cüməsini də dilə gətirdi

Hər gen Güney Azərbaycanın müxtəlif bölgələri, xüsusi ilə böyük şəhərlər arası caddələrdə avtomobil (otomobil) qəzaları nəticəsində çoxsaylı insanın həlak olduğu ilə bağlı xəbərlər eşidirik.
Yol qəzaları nəticəsində dünyasını dəyişən insanların ailəsi min-bir problem içində qalır və bu məsələ ictimaiyyət üçün müəyyən problemlər yaradıb. Artıq uzaq səfərə çıxmaqdan çəkinən və bu səbəbdən hətta səfərlərdən imtina edən vətəndaşlara da rast gəlinir.
Məlumata görə, Ərdəbilin imam cüməsi cümə namazı xütbələrində ABŞ (Amerika Birləşmiş Ştatları) və onun müttəfiqləri ilə birlikdə İraq və Suriyada apardığı əməliyyat və onların gizli planı kimi anlatdığı mövzudan danışıb. O həmçinin Ərdəbil vilayətində (ostan) baş verən qanlı yol qəzaları və cəmiyyət arasında yayılan şayiələrdən söz açıb.
Axund Seyid Həsən Amili ardı kəsilməyən və qanlı yol qəzalarına işarə edərək bildirib ki, "Ərdəbil vilayətinin Pralament nümayəndələri və yüksək rütbəli məsulları yetəri qədər vəsaitlə (büdcə) indidən gələn il üçün proqramlar hazırlamalıdırlar. Ona görə ki, yol qəzaları nəticəsində çoxsaylı insan qurban gedir və bu məsələ ailələrin böyük nigaranlığına səbəb olur. Bunun qarşısı alınmalıdır".
İmam cümə ölkənin ümumi vəziyyəti ilə bağlı qayğısını da dilə gətirib. O bildirib ki, "düşmən cəmiyyət arasında şayiə yayaraq iqtisadi, siyasi və təhlükəsizlik sahələrində böyük zərbə vura bilər. Biz gələn il keçiriləcək parlament seçkiləri ərəfəsindəyik və indidən bəziləri bu vasitə (şayiə nəzərdə tutulur) ilə millətin birliyi və onların etimadına xələl gətirmək istəyir."