Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
6 Dekabr 23:11
6 Dekabr 20:16
6 Dekabr 19:13
Amerika Birləşmiş Ştatları müsəlman uyğur türklərinin hüquqlarını pozduqları üçün Sintszyan-Uyğur Muxtar Rayonunun 4 rəsmisinə qarşı sanksiya qəbul edib.
Sanksiya ilə bağlı qərar uyğur türklərinin sayını tənzimləmək üçün Çin rəsmilərinin onları məcburi şəkildə axtalaması ilə bağlı məlumatların yayılmasından 10 gün sonra verilib.
Məsələ ilə bağlı bəyanat yayan Ağ Ev axtalanma məsələsinə xüsusi diqqət çəkib.
Birləşmiş Ştatlar dünya ictimaiyyətini Çin Komunist Partiyasının Sintszyan əyalətində etnik və dini azlıq nümayəndələrinə qarşı qanunsuz həbslər, məcburi əmək, dini etiqada görə təqib, eləcə də icbari qaydada doğuşa nəzarət və axtalama kimi davranışları qarşısında səssiz qalmamağa çağırır", - deyə bəyanatda vurğulanır.
Maqnitski aktı çərçivəsində qəbul edilmiş sanksiyalar Çin Komunist Partiyasının Sintszyan əyaləti şöbəsinin rəhbəri Çen Quanquo. həmçinin əyalətin İctimai Təhlükəsizlik Bürosunun və digər qurumlarının yüksək vəzifəli şəxslərini əhatə edib. Akta əsasən, ABŞ hökuməti həmin insan haqları pozanların bu ölkəyə səfəri, habelə amerikalıların onlarla biznes əlaqələrini qadağan edir.
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ölkəsinin sanksiya qəbul edilmiş həmin Çinli rəsmilərin ailələrinin də Amerikaya səfər etmələrinin qadağan edilməsi ilə bağlı iş aparıldığını deyib.
Qeyd etmək lazımdır ki, Çin bir neçə ildir bölgədə uyğurlara qarşı etnik təmizləmə siyasəti aparır. Hazırda 1 milyondan çox müsəlman uyğur türkünün Çin hökumətinin yaratdığı "islah düşərgələri"ndə saxlanıldığı deyilir. Onlara qarşı amansız işgəncələrin verilməsi ilə bağlı tez-tez mediada məlumatlar və görüntülər yayılır.
Digər tərəfdən, İran dəfələrlə məsələyə bildirdiyi rəsmi münasibətlərdə Çinin uyğur müsəlmanlara qarşı törətdiyi cinayətlərə haqq qazandırıb, bu addımların qınanmasını "ABŞ-ın Çinin daxili işlərinə qarışması" adlandırıb.