Şərqi Azərbaycan əyalətində koronavirusun Britaniya variantının ikinci faktı qeydə alınıb Güney Azərbaycan

Şərqi Azərbaycan əyalətində koronavirusun Britaniya variantının ikinci faktı qeydə alınıb

Bu barədə Ocan (Bostanabad) şəhərinin Səhiyyə Xidmətinin rəhbəri "Ramək Zəvvar-i Kəbə" xəbər verib.

Səhiyyə Xidmətinin rəisinin dediyinə görə, “yoluxan şəxs həyat yoldaşı yenicə İraqdan qayıtmış orta yaşlı bir xanımdır.”
Bu Şərqi Azərbaycan əyalətində koronovirusun mutasiyaya uğramış Britaniya variantının aşkarlanmasının ikinci halıdır. Bundan iki gün öncə Əhər şəhərində ilk hal qeydə alınmışdı.
Ötən gün Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin rəisi əyalətdə 2 nəfərdə koronovirusun mutasiyaya uğramış Britaniya variantına yoluxduğunu bildirmişdi.
Cavad Ağazadə virus daşıyıcılarından birinin İraqdan “Təmərçin” gömrüyü vasitəsilə əyalətə gələn 48 yaşlı Piranşəhr sakinində 23 fevralda aşkarlandığını deyib.
O, başqa daşıyıcının isə Urmunun sənaye mərkəzlərindən birində çalışan və 30 yaşlı Xuzistan əyalətinin sakini olduğunu açıqlayıb.
Ağazadə mustasiyaya uğramış yeni növ “İngilis” koronovirusunun sürətlə yayılma və daha tez yoluxdurma təhlükəsinə görə, əyalətdə yayılma ehtimalından ciddi nigəran olduğunu, sanitarıya, təmizlik protokollarının dəqiq riayət olunmadığı təqdirdə virusun yayılmasının dördüncü dalğasının başlana biləcəyini söyləyib.
Qeyd edək ki, iki gün öncədən Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd olan Piranşəhr və Sərdəşt bölgələrində iki gömrük keçid məntəqəsi qapadılıb.

Gunaz.tv