Təbrizdə tarixi buzluq uçub Güney Azərbaycan

Təbrizdə tarixi buzluq uçub

Bundan öncə bu tikili buzluq və bu durumda olan başqa tarixi buzluğun dağılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ilgili qurumlar heç bir tədbir görməyiblər.

Bu tikilidən keçmişdə, elektrik avadanlıqların olmadığı dönəmdə təbii “soyuducu” və buz saxlamaq yeri kimi istifadə olunub.

Təbrizin “Milləl Müttəhid” küçəsində yerlləşən və Səfəvilər dövrünə aid olan tarixi tikili buzluq uçub.
Bundan öncə mədəni fəallar bu abidənin baxımsızlıq ucbatından uçma təhlükəsi olduğu barədə Mədəni İrs Təşkilatına mürciətlə xəbərdarlıq etmiş və tikilinin yenidən qurulmasını istəmişdilər.
Təbrizi müxtəlif bölgələrində Səfəvilər və Qacarlar dönəmində buz və soyuq su əldə etmək məqsədilə tikilən bir neçə belə tarixi buzluq mövcuddur.
Onlardan başqa biridə acınacaqlı durumda olan “Beylankı” buzluğudur. Bir müddət öncə bu buzluq haqqında xəbərlər və materialların dərc olunmasına baxmayaraq, ilgili qurumlar tərəfindən hər hansı bir addımın atıldığı müşahidə olunmayıb.
Qeyd edək ki,Təbrizin “Abbasi” dördyolunda yerləşən abidə şəhərin tarixi məhəlləsi “Bağmeşə”nin keçmiş “Kələntəri” (polis idarəsi) kompleksinin tərkibində olub və 2006-cı ildə, 18687 qeydiyyat nömrəsi ilə ölkənin tarixi abidələr siyahısına salınıb.
İranın Mədəni İrs Nazirliyinin yerli şöbələri abidələrin qorunması və yenidən qurulması ilə bağlı azərbaycanlıların çoxsaylı müraciətlərinə cavab olaraq büdcələrinin olmadığını bildirirlər.
Ancaq mərkəzi əyalətlərdə abidələrin qorunması və yenidən qurulmasına dövlət budcəsindən ayrılan külli məbləğdə vəsaiti nəzərə alanda, Azərbaycan abidələrinə laqeydliyin yalnız maddi imkansızlıqla bağlı olmadığı barədə şübhələr yaradır.

Gunaz.tv