“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
24 Avqust 2021 12:34
45 619
İranın 13-cü dövr prezident seçkilərində qalib elan olunan İbrahim Rəisinin yeni hökumətində azərbaycanlı nazirlərin olmaması narazılıq doğurub.
19 nəfərlik yeni hökumət kabinetində İranda yaşayan on milyonlarla azərbaycanlının təmsil olunmaması əslən türk olan hökumət nümayəndələrini də təəccübləndirib.
İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Mahmud Abbaszadə Meşkini İran parlamentində təklif olunan nazirlərin səlahiyyətlərinin təsdiqi ilə bağlı müzakirələrdə bunu tənqid edib.
“Nazirlər Kabineti iş qabiliyyəti ilə yanaşı ictimai və milli birliyin təzahürü olmalıdır.
Seçildiyim Meşkin bölgəsinə etdiyim iki günlük səfərim zamanı əhalinin yeni hökumətdə, xüsusilə iqtisadi sahələrdə ən azından iki-üç azərbaycanlı nazirin olmasını umduqlarının şahidi oldum.
Azərbaycanlılar, ölkənin şimal qərb bölgəsinin əhalisi bunu yeni prezidentdən gözləyirdilər. Onlar məndən istəyi yeni prezidentə çatdırmağı istədilər”-deyə, Mahmud Abbaszadə Meşkini bildirib.
Qeyd edək ki, prezident seçkiləri öncəsi İbrahim Rəisi Azərbaycan bölgələrinə səfəri zamani Həsən Ruhaninin verdiyi vədləri təkrarlayıb.
O, Urmu gölünün bərpası, "Azəri dili" inkişafı və bölgənin iqtisadi dirçəlişi üçün səylər göstəriləcəyinə dair vəd verib.
Onun seçki qabağı debatlar zamanı “azəri” dili ifadəsi prezidentliyə türk namizəd Möhsün Mehrəlizadənin etirazı ilə qarşılaşıb.
“Burada azəri dilli olmayıb, ümumiyyətlə azəri dili yoxdur. Diqqənizə çatdırım ki, sizin dediyiniz azərilər türklərdilər.
Şərqi, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Həmədan, Xorasan, İsfahan, Şiraz və hətta Xuzistan əyalətində və başqa bölgələrdə yaşayan türkdillilər. Ağayi Rəisidən bu məsələdə diqqətli olmasını istəyirəm”-deyə, türk namizəd M.Mehrəlizadə bildirib.
İbrahim Rəisi iyunun 16-da Təbrizdə Ustad Şəhriyarın məzarını ziyarət edib. O, bununla bağlı rəsmi "Twitter" hesabında paylaşım edib və “fars dilində şeir yazan azəri dilli şair Məhəmməd Hüseyn Behcəti Təbrizi Şəhriyarın məzarı başında fatihə”-qeydini yazıb.
Onun bu ifadələri Güney azərbaycanlı sosial şəbəkə istifadəçilərinin etirazları ilə qarşılaşıb. Bundan sonra Rəisi “fars dilli” ifadəsini silməyə məcbur olub, ancaq “azəri” ifadəsini saxlayıb.
Gunaz.tv
31 Oktyabr 10:42
2 436
31 Oktyabr 10:41
2 394
29 Oktyabr 12:10
3 465