“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
16 May 2022 08:40
14 147
Kral Atçılıq Şousunda Azərbaycan nümayəndə heyəti hər il möhtəşəm səhnələr təşkil edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın məşhur fotoqrafı Henri Dallal söyləyib.
“İyirmi iki ildir ki, Kral Atçılıq Şousunda fotoqraflıq edirəm. Kraliçanın Qızıl, Brilyant və hazırda baş tutan Platin yubileylərində fotoqraf kimi iştirak etmişəm. Ancaq etiraf etmək lazımdır ki, bu illər ərzində izlədiyim ən maraqlı şoulardan biri Qarabağ atlarının çıxışıdır. Atların və rəqqasların sərgilədikləri şou izləyicilər tərəfindən maraqla qarşılanır. Hər il Azərbaycan atlarının çıxışı gecənin ən möhtəşəm hissəsi olur”, - deyə H.Dallal qeyd edib.
Dünyaca məşhur fotoqraf bildirib ki, azərbaycanlı heyət tərəfindən təsvir olunan səhnələr və xoreoqrafiya çox yaxşı təşkil olunur. Bu səhnələri izləyən tamaşaçılar növbəti səhnədə nələrin təsvir olacağını həyəcanla gözləyirlər. O, Azərbaycan nümayəndə heyətini növbəti illərdə də bu şouda görmək istədiyini bildirib.
Qeyd edək ki, Henri Dallalın çəkdiyi fotolar dünya miqyasında nümayiş etdirilib və beynəlxalq nəşrlərdə yer alıb. O, Kraliça II Elizabet və digər yüksək səviyyəli dünya xadimlərinin fotoşəkillərini çəkən komissiyanın üzvüdür. Həmçinin Kral Coğrafiya Cəmiyyətinin və Alp Klubunun üzvü, eyni zamanda Dubayda yerləşən Hamdan Beynəlxalq Fotoqrafiya Mükafatının (HIPA) idarə heyətinin üzvüdür. O, ən son Kraliça II Elizabetin 96 yaşı münasibəti ilə çəkilən şəklinin müəllifidir.
30 Dekabr 2025 15:19
1 624
30 Dekabr 2025 11:47
1 659
30 Dekabr 2025 11:47
1 652