“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
14 Yanvar 2025 22:20
6 013
Birinci Liqada çıxış edən "Mingeçevir" klubu yanvarın 15-də yeni sponsoruna qovuşacaq. Bölgə təmsilçisi ASTA ilə (Azerbaijan Sport Talents Academy) əməkdaşlığa başlayacaq.
Bu barədə Xalqcebhesi.az-a Futbolun İnkişaf Fondundan (FİF) məlumat verilib.
Tərəflər arasında müqavilənin imzalanma mərasimi sabah Bakıda keçiriləcək. Tədbir məhz FİF-in təşkilatçılığı ilə baş tutacaq. Qurum digər bölgə klubları kimi "Mingəçevir"ə də tərəfdaş tapmaqda köməklik edib.
ASTA iş adamı Adnan Əhmədzadəyə məxsusdur. Bu ad altında hazırda aşağı yaş qrupu üzrə liqalarda komandalar çıxış edir. Bundan əlavə, şirkət istedadlı azərbaycanlı futbolçuların ölkə xaricində - Barselonada uzunmüddətli təlimini təşkil edir.
Adnan Əhmədzadə SOCAR-da yüksək vəzifə tutub. O, ötən ilin noyabr və dekabr aylarında "Barselona"nın əfsanəsi Ronaldinyonu, klub prezidenti Xuan Laportanı və "İnter Mayami"nin ulduzları - Lionel Messi, Luis Suares, Xordi Alba və Serxi Busketsi Azərbaycana dəvət etməsi ilə gündəmə gəlmişdi.