17 Yanvar 2025 22:26
5 964
Misli Premyer Liqasında "Qarabağ" "Şamaxı"ya qalib gəlib.
Xalqcebhesi.az xəbər verir ki, XIX turun açılış matçında Ağdam təmsilçisi doğma meydanda 3:2 hesablı qələbəyə sevinib.
Ev sahiblərinin heyətində Nəriman Axundzadə (4) və Aleksey Kaşuk (29) fərqlənib. Qonaq komandadan isə Belajdi Pusi (14) və Brahim Konate (39) diqqət mərkəzinə düşüb. "Şamaxı"nın heyətində Cəlal Hüseynov isə avtoqol (72) müəllifi olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 18 turdan sonra 50 xalla liderdir. Şamaxı klubu 17 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları yanvarın 18-19-da baş tutacaq.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA