

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Teo Ernandesin transferi üçün İtaliyanın “Milan” komandası ilə razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Səudiyyə Ərəbistanı təmsilçisi qarşı tərəfə bonuslarla birlikdə 35 milyon avro pul ödəyəcək.
Hazırda "Əl-Hilal" ilə fransalı müdafiəçi arasında şəxsi şərtlərin razılığı ilə bağlı danışıq gedir.
Qeyd edək ki, Teo Ernandes 2019-cu ildən “Milan”da çıxış edir.