“Araz-Naxçıvan” klubu iki futbolçu ilə yeni müqavilə imzalayıb İdman

“Araz-Naxçıvan” klubu iki futbolçu ilə yeni müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” komandası müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, Slavik Alxasov və Qara Qarayev 2025-2026-cı illər mövsümünü də Naxçıvan təmsilçisinin heyətində keçirəcək. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.