17 Dekabr 23:42
10:01
735
Ekvadorlu "Barselona"nın müdafiəçisi Mario Pineyda hücumdan sonra 34 yaşında vəfat edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
"Klub dərin təəssüf hissi ilə oyunçumuz Mario Pineydanın ona qarşı hücumdan sonra ölümünü elan edir", - deyə açıqlamada bildirilir.
Ecuavista Noticias televiziya kanalının məlumatına görə, hücum zamanı oyunçunun həyat yoldaşı da ölüb, anası isə yaralanıb.
Pineyda 2016-cı ildən "Barselona"da çıxış edir və komanda ilə ikiqat Ekvador çempionu və ölkə kubokunun qalibi olub. Oyunçu karyerası ərzində o, həmçinin
Ekvadorun "İndependiente del Valle" və "Nacional", eləcə də Braziliyanın "Fluminense" klublarında da oynayıb. Müdafiəçi Ekvador millisində səkkiz oyun keçirib və bir məhsuldar ötürmə edib.
Məryəm Quliyeva