28 Oktyabr 2021 06:48
10 556
"Barselona" futbol klubu İspaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə "Rayo Valyekano"ya 0:1 hesabı ilə məğlub olub.
Trend-in məlumatına görə, görüş Madriddə "Kampo-de-Valyekas" stadionunda keçirilib.
Qolu 30-cu dəqiqədə Radamel Falkao vurub. 72-ci dəqiqədə “Barselona”nın hücumçusu Memfis Depay penaltini yerinə yetirə bilməyib.
Kataloniyalılar 10 görüşdən sonra aktivində 15 xalla çempionat cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Rayo Valyekano” 19 xalla beşinci pillədə qərarlaşıb.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA