İranda 160 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb Dünya

İranda 160 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

İranda ötən sutka ərzində 160 nəfər koronavirusa (COVID-19) yoluxub, 1 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 350 nəfərə, yoluxanların sayı isə 7,23 milyon nəfərə çatıb. Virus daşıyıcılarından 372 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 7,05 milyon nəfər koronavirusdan sağalıb, 52,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,6 milyon təşkil edir.