Britaniya bu yaxınlarda Ukraynaya "Storm Shadow" raketlərinin əlavə partiyasını çatdırıb
2026-cı ildə Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır
ChatGPT-də yeni məhdudiyyətlər: Sağlamlıq, hüquqi və maliyyə məsləhətləri dövrü bitdi
ABŞ Meksikada narkotik kartelləri ilə mübarizə missiyası planlarını açıqlayıb
21 İyun 2022 08:50
2 954
Youtube şəbəkəsi rusiyalı ermənipərəst hərbi jurnalist Semyon Peqovun “wargonzo” səhifəsini silib.
APA-nın Moskva müxbirinin məlumatına görə, İkinci Qarabağ müharibəsi dövründə ermənipərəst mövqe nümayiş etdirən rusiyalı hərbi jurnalist Semyon Peqovun “wargonzo” kanalını Youtube şəbəkəsi tamamilə sildiyini açıqlayıb.
Buna səbəb kanalın Ukraynadakı müharibəni işıqlandırarkən şəbəkənin qaydalarını pozması olub.
Qeyd edək ki, erməni əsilli media maqnatı Aram Gabrileyanov tərəfindən maliyyələşdirilən “wargonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub.
Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib.