Kerri Lavrovla görüşüb Dünya

Kerri Lavrovla görüşüb

Parisdə ABŞ və Rusiya xarici işlər nazirləri arasında Ukrayna ilə bağlı danışıqlar yekunlaşıb. Danışıqların yekunu olaraq mediaya açıqlama verən Con Kerrinin sözlərinə görə, təklif olunub ki, Ukraynada baş verənlərlə bağlı beynəlxalq müşahidəçilər bölgədə monitorinq aparılması təmin edilsin, qanunsuz birləşmələrin tərkisilah edilməsi kimi məsələlərin vacibliyi nəzərə alınsın.
C.Kerri deyib ki, bu ölkə ilə bağlı heç bir qərar Arsen Yasenyukun rəhbərlik etdiyi Ukraynanın legitim hökumətinin iştirakı olmadan reallaşa bilməz: "ABŞ Rusiya ilə bütün danışıqlar zamanı ortaya çıxan bütün suallarla bağlı Ukrayna hökuməti ilə məsləhətləşmə aparır və razılaşdırır. Ukrayna hökuməti ölkədə demokratik ab-havanın yaradılması, problemlərin həlli yolunda addımlayır. Əsas tələblərdən biri isə Ukrayna sərhəddində dislokasiya olunan Rusiya hərbi birləşmələrinin çıxarılmasıdır. Hazırkı vəziyyət Ukraynanın təzyiq altında saxlamaq, ümumi atmosferaya gərginlik yaratmaq anlamı yaradır. Bu regionda pozitiv ab-havanın yaranmasına mane olmaqdır".
ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Serqey Lavrov arasında aparılan danışıqlarda Ukraynadakı gərginliyin diplomatik yollarla həllinə cəhd olunması yollarının aranmasına dair razılıq da əldə olunub.