Türkiyə ABŞ-ı Venesuelada beynəlxalq hüququ pozmaqda ittiham edib
“Türk dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi günün tələbi, zamanın diktəsidir”
İsrail Livanın “Hizbullah”ı tərksilah etmək səylərini yetərli saymır
“Azərbaycan Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və tərəqqinin aparıcı mərkəzinə çevrilib”
9 Avqust 2022 08:16
3 283
Pentaqon Ukrayna təyyarələri üçün radar əleyhinə raketlər verib.
Bu barədə CNN televiziyası məlumat yayıb.
ABŞ-ın müdafiə nazirinin müavini Kolin Kal bildirib ki, Pentaqon Ukraynaya “müəyyən miqdarda” belə raketlər verib. Raketlərin ABŞ-ın Kiyevə yardımı çərçivəsində verildiyini deyən Kal, onların modeli, miqdarı və verilmə vaxtını açıqlamayıb.
Digər mənbələr CNN-ə bildirib ki, söhbət AGM-88 (HARM) tipli yüksək sürətli raketlərdən gedir. 48 km məsafədən hədəfi vura bilən raketlər RLS sistemlərinə qarşı tətbiq edilir.