“Əsas məqsəd Türk dövlətlərinin malik olduğu potensialı ortaq imkanlara çevirməkdir”
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
17 Avqust 2022 09:03
3 136
ABŞ prezidenti Co Bayden ölkədə inflyasiyanın azaldılmasına yönəlmiş 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan və Konqres tərəfindən təsdiq edilmiş tədbirlər paketini imzalayıb.
Tədbir Ağ Evin saytında yayımlanıb.
Qanun layihəsi bir sıra tədbirləri, o cümlədən federal büdcə kəsirinin azaldılması, vətəndaşların səhiyyəyə xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizəni əhatə edir.
Bundan əlavə, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir.
ABŞ hakimiyyəti bütün bu tədbirlərin gələcəkdə ölkədə inflyasiyanın azaldılmasına səbəb olacağını gözləyir.