NATO hara, Ermənistan hara? Dünya

NATO hara, Ermənistan hara?

Almaniyanın "Spiegel Online" saytı NATO-nun Azərbaycan, Ermənistan və Moldova ilə əməkdaşlığın inkişaf etdirilməsi planına dair sənəd əldə etdiyini yazıb.
"Media forum" saytının məlumatına görə, iddia olunur ki, sənəddə alyansın bu üç tərəfdaşa yardım göstərməsi yer alır və məqsəd hazırkı durumu nəzərə almaqla Şərqi Avropada stabilliyə imkan yaratmaqdır. Sənədə əsasən, Azərbaycan, Ermənistan və Moldova ordularının NATO standartlarına uyğunluq səviyyəsi artırılmalı, müştərək təlimlər keçirilməli və hərbçilərin təkmilləşdirilməsi üzrə əməkdaşlıq dərinləşdirilməlidir.
Bildirilir ki, hər üç ölkə üçün fərdi tədbirlər kompleksi nəzərdə tutulur. Alyans Moldova ilə hərbi rabitə, Azərbaycanla energetika və kiber təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək. Ermənistanda isə silahlı qüvvələrin şəxsi heyətinin hazırlığı məsələsi NATO üçün prioritet məsələ hesab olunur.