29 Noyabr 2022 08:31
2 905
Fransa ABŞ-ın vacib tərəfdaşı və ən qədim müttəfiqidir.
Bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Bu, (səfər - red.) Vaşinqton administrasiyasının xarici siyasətə yanaşmasının əsas komponentini, yəni ittifaqları vurğulamaq üçün bir fürsətdir. Fransa həyati vacib qlobal tərəfdaşdır və əlbəttə ki, ABŞ-ın ən qədim müttəfiqidir", - deyə C.Kirbi bildirib.
C.Kirbi ABŞ və Fransa arasında iqtisadi əməkdaşlığı, eləcə də iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətini də qeyd edib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA