Rusiya prezidenti Vladimir Putin mətbuata açıq çıxışları zamanı qeyri-senzur ifadələrdən gen-bol istifadə edir.
Dünən keçirdiyi mətbuat konfransında Türkiyə rəhbərliyinə qarşı işlətdiyi ifadələr isə, onun bu sahədə pik nöqtəsi oldu.
Vladimir Putinin müxtəlif vaxtlarda dilinə gətirdiyi bəzi söyüşləri və ifadələri təqdim edirik:
- Tualetdə də məhv edəcəyik;
- "Mən o Saakaşvilinu xayalarından asacağam (orijinal: Poveşu za yaytsa)"
- "Biz Ümumdünya Ticarət Təşkilatı çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə başladıqda, tərəfdaşlarımızın bizi qəbul etmək istəyi yoxa çıxır. Əgər onların tələblərini onsuz da yerinə yetiririksə, bizi ora niyə (orijinal: Na xrena) qəbul etsinlər ki?"
- "Əgər daha çox radikal islamçı olmaq və hətta sünnət edilmək istəyirsinizsə, onda mən sizi Moskvaya dəvət edirəm – bizdə bu işlə bağlı mütəxəssislər var. Məsləhət görərdim, elə bir əməliyyat etsinlər ki, onlarda daha heç nə böyüməsin".
- "Parisdəki kimi yaşamaq istəyirsiniz? Onda imzalayaq, amma gəlin oxuyaq. Siz oxumusunuz, orda nə yazılıb? Siz o sənədi oxumusunuz? Yox! Heç kəs bir zibil (orijinal: Nifiqa) oxumur".
- "Televiziyada reklamlara baxanda məndə "qeyri-formal leksikon" işə düşür. Hesab edirəm ki, Rusiya Federasiyasının əksər vətəndaşlarında da belədir".
- Yarılüt fəalların əvəzinə, mən səhər yeməyinə kolbasaya üstünlük verirəm.
- Uşaqlarını satan heyvanın biri tapılıb. Bundan sonra o necə yaşayacaq, donuzun biri donuz.
- Bircə qalıb ki, tumanımıza batıraq.
- Yalnız burnunuzu qurdalamağı bacarırsız. Ordan nə çıxardırsız bilinmir.
- Putin vətəndaşa: "- Siz kimin qəbuluna düşə bilmirsiniz?
Vətəndaş: - Omsk merinin.
Putin: - "Bax, donuz balası".
- "Saakaşvili Ukrayna xalqının üzündəki tüpürcəkdir".
- "Əgər Türkiyə rəhbərliyi ABŞ-ın bir yerini yalamaq fikrinə düşübsə, qoy düşünsünlər ".