Yaxın Şərq üçün yeni bir əsr Dünya
Amerikalı iqtisadçı Ceffri Saks "Project-syndicate"də bölgədəki ağır durumdan bəhs edib
Cavid
ABŞ, Avropa İttifaqı və Dünya Bankı kimi Qərb tərəfindən idarə olunan qurumlar bu sualı dəfələrlə təkrarlayır: niyə görə Yaxın Şərq özü-özünü idarə edə bilmir? Ancaq bu sualı verərkən səmimi olsalar da, bir şeyi yaddan çıxarırlar. Hər şeydən əvvəl, regionda yaxşı idarəçiliyin qarşısında duran ən önəmli maneə yerli özünüidarəetmənin mövcud olmamasıdır: birinci dünya müharibəsindən və bəzi yerlərdə hətta daha əvvəlki dövrlərdən bu yana ABŞ və Avropanın davamlı müdaxilələri regionun siyasi qurumlarını kəskin şəkildə sarsıdıb.
Bir əsr kifayətdir. 2016-cı il Yaxın Şərqdə davamlı inkişaf problemlərini ön plana çəkən yerli strategiyaların yaradılması üçün yeni əsrin başlanğıcı olmalıdır.
1914-cü ilin noyabrında Osmanlı imperiyasının birinci dünya müharibəsində məğlub tərəfi seçməsi ilə Yaxın Şərqin növbəti 100 il üçün taleyi həll olundu. Nəticədə, imperiya parçalandı, qalib qüvvələr, yəni Britaniya və Fransa imperiyadan geri qalan yerlərdə idarəni ələ aldı. 1882-ci ildən bəri Misirin idarəsini əlində saxlayan Britaniya bu gün İraq, İordaniya, İsrail, Fələstin və Səudiyyə Ərəbistanının yerləşdiyi əraziləri ələ keçirdi. Şimali Afrikanı ələ keçirmiş Fransa isə Livan və Suriyanı nəzarəti altında aldı.
Britaniya və Fransanın neft, limanlar, nəqliyyat yolları və yerli liderlərin xarici siyasəti üzərində nəzarətini təmin etmək üçün Millətlər Liqasının mandat sistemi və digər hegemonluq vasitələrindən istifadə olunurdu. Britaniya sonradan Səudiyyə Ərəbistanının yaradıldığı yerlərdə Haşimilərin Hicaz krallığının ərəb millətçiliyinə qarşı İbn Səudun vəhabi fundamentalizmini dəstəklədi.
İkinci dünya müharibəsindən, MKİ-nin (Mərkəzi Kəşdiyyat İdarəsi – CIA ) dəstəyi ilə 1949-cu ildə Suriyada hərbi çevriliş edilməsi və 1953-cü ildə İranın baş naziri Məhəmməd Musəddiqin vəzifədən uzaqlaşdırılması (ölkənin nefti üzərində Qərbin nəzarətini saxlamaq məqsədilə) üçün MKİ-nin əməliyyat keçirməsindən sonra ABŞ müdaxiləçi vəzifəsini öz üzərinə götürdü. Həmin fəaliyyət bu günə qədər davam edir: 2011-ci ildə Liviyada Müəmmar Qəddafinin, 2013-cü ildə Misirdə Məhəmməd Morsinin devrilməsi və Suriyada Bəşər Əsədə qarşı hələ də davam edən müharibə. Demək olar, 70 il ABŞ və müttəfiqləri nəzarətləri altında olmayan hökumətləri devirmək üçün dəfələrlə müdaxiləyə əl atıblar.
Qərb eyni zamanda yüz milyardlarla dollar məbləğində silah satışı ilə bütün regionu silahlandırıb. ABŞ isə regionun hər yerində hərbi bazalar yaradıb və MKİ tərəfindən aparılan uğursuz əməliyyatlar nəticəsində ABŞ və Avropanın düşmənlərinin əlinə çoxlu sayda silah-sursat keçib. Bütün bunlara görə, Qərb liderləri regiondakı ərəblərdən və digərlərindən özlərini niyə görə idarə edə bilmədiklərini soruşarkən onları gözləyən cavaba da hazır olmalıdırlar: "Düz bir əsr boyu sizin müdaxilələriniz demokratik qurumların sarsılmasına; davamlı müharibələrə; ən zorakı cihadçıların silah əldə etmələrinə səbəb olub və bu gün Bamakodan Kabilə qədər uzanan ölüm sahəsi yaradıb."
Yeni Yaxın Şərqin yaradılması üçün nə etmək lazımdır? Mən beş prinsip irəli sürərdim. Birincisi və ən önəmlisi, ABŞ dünyanın hansı yerində olur-olsun, hökumətləri devirmək və ya stabilliyi pozmaq məqsədilə aparılan gizli MKİ əməliyyatlarına son qoymalıdır. MKİ 1947-ci ildə biri əsaslı (kəşfiyyat toplama), digəri isə fəlakətli nəticələr verə biləcək (ABŞ-ın maraqlarına "zidd, düşmən" hesab edilən rejimlərin devrilməsi üçün gizli əməliyyatlar aparılması) iki vəzifə ilə yaradılıb. ABŞ prezidenti MKİ-nin gizli əməliyyatlarına son qoymalıdır, bunu etmək üçün səlahiyyəti də vardır.
İkincisi, ABŞ regiondakı xarici siyasət hədəflərini BMT-nin Təhlükəsizlik Şurası vasitəsilə izləməlidir. ABŞ tərəfindən idarə olunacaq "beynəlxalq koalisiya" yaradılması cəhdi nəinki uğursuz oldu, bu eyni zamanda o demək idi ki, ABŞ-ın İslam Dövlətini dayandırmaq kimi əsaslı hədəflərinin belə geosiyasi rəqabətlə qarşısı alınır.
ABŞ xarici siyasət təşəbbüslərini Təhlükəsizlik Şurasının səsverməsinə qoyaraq sınaqdan keçirməklə çox şey qazana bilər. 2003-cü ildə Təhlükəsizlik Şurasının İraqda müharibəni rədd etməsindən sonra ABŞ işğaldan, eləcə də, Təhlükəsizlik Şurasının daimi üzvü, veto hüququ olan Rusiya ABŞ-ın dəstəyi ilə Suriya prezidenti Bəşər Əsədin devrilməsinə etiraz etdiyi zaman bu məqsədlə gizli əməliyyatlardan yayınmaqla ağıllı iş görmüş olardı. İndi isə bütün Təhlükəsizlik Şurası İslam Dövlətinə qarşı mübarizə aparmaq üçün qlobal bir plan ətrafında birləşməyə hazırdır.
Üçüncüsü, ABŞ və Avropa bu reallığı qəbul etməlidir ki, Yaxın Şərqdə demokratiya seçkilərdə bir çox islamçı qələbələr yaradacaq. Seçilmiş islamçı rejimlərin bir çoxu zəif fəaliyyət göstərən hökumətlər kimi uğursuz olacaq. Həmin hökumətlər növbəti səsvermə və ya etirazlarla, yaxud da yerli generallar tərəfindən devriləcəklər. Ancaq Britaniya, Fransa və ABŞ-ın bütün islamçı hökumətləri hakimiyyətdən uzaq tutmaq üçün davamlı olaraq göstərdikləri səylər uzunmüddətli rifah yaratmadan yalnız siyasi yetkinləşməyə mane olacaq.
Dördüncüsü, Şimali Afrika və Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər yerli liderlər qəbul etməlidirlər ki, bu gün islam dünyasının qarşısında duran ən mühüm problem təhsilin keyfiyyətidir. Bu region elm, riyaziyyat, texnologiya, innovasiya, sahibkarlıq, kiçik biznesin inkişafı kimi sahələrdə və bütün bu səbəblərdən dolayı iş yerlərinin yaradılmasında olduqca geri qalır. Yüksək keyfiyyətli təhsil olmadan dünyanın heç bir yerində iqtisadi rifah və siyasi stabillikdən söhbət gedə bilməz.
Son olaraq, region ekoloji tənəzzülə qarşı müdafiəsiz olması və aşağı-karbonlu enerjiyə qlobal keçid dövründə karbohidrogenlərdən həddən artıq asılı olmasına bir çarə tapmalıdır. Qərbi Afrikadan Mərkəzi Asiyaya qədər uzanan bölgə dünyanın əhalisi ən sıx olan quraq regionudur.
Yaxın Şərqin üzləşdiyi əsas problemlər bunlardır. Sünni-şiə çəkişmələri, Əsədin siyasi gələcəyi və doktrinal mübahisələr keyfiyyətli təhsil, iş imkanları, müasir texnologiyalar və davamlı inkişafa olan ehtiyacla müqayisədə daha az əhəmiyyətə malikdir. İslam dünyasının bir çox cəsur və qabaqcıl mütəfəkkirləri öz cəmiyyətlərinə reallığı göstərməli, dünyanın digər yerlərindən olan xoşməramlı insanlar isə onlara bunu dinc əməkdaşlıq yolu ilə həyata keçirmələrinə kömək etməlidirlər.
ABŞ neft satışına qadağanı ləğv etsə,nə baş verəcək?
ABŞ Konqresinin liderləri neft satışına olan 40 illik qadağanın aradan qaldırılmasına dair razılığa gəldilər. Sözügedən qadağada hələ bir çox inersiyalar qalır. Bu qadağa OPEK-in əməliyyatlarına cavab olaraq tətbiq olunub, belə ki OPEK qiymətləri manipulyasiya etməklə yanaşı ABŞ və İsraili dəstəkləyən ölkələrin tədarüklərinə embarqo tətbiq etməyə başladı. Bu zaman isə ABŞ idxalı məhdudlaşdırmamaq və ixraca moratorium tətbiq etmək qərarını verdi, çünki ölkənin yeni neftə ehtiyacı var idi. Bununla belə, konqresin bəyanatı məsələnin tam həll olunduğunu bildirmir.
Çox güman, ABŞ prezidenti bu qanun layihəsinə veto qoyacaq, çünki onun masasında neft emal edən sahənin lobbi nümayəndələri tərəfindən təqdim olunan sübutlar var. Onlar isə ucuz neftin daxil olmasında və yüksək marja kursunda maraqlıdırlar. Eyni zamanda, normadan artıq neftin ixrac edildiyi təqdirdə emalçılar üçün marjanın enməsinə dair əndişələr var.
Ümumi dünya bazarına gəldikdə isə, moratoriumun aradan qaldırılması çətin ki təlabat və təklif arasında qlobal tarazlığın dəyişilməsi ilə nəticələnsin. Birincisi, ABŞ-ın ixrac edəcəyi neftin həcminin bir o qədər də yüksək olmayacağı gözlənilir. İki ildən sonra onlar gün ərzində 1,5-2 milyon barrel ixrac edə bilərlər, lakin bu çox nikbin proqnozdur. Çox güman ki, bu göstərici nisbətən az olacaq. (Dünyada neftin ümumi istehsalının həcmi gün ərzində 93 milyon barreldən çox təşkil edir).
İkincisi, ABŞ-dan ixrac edilən neft tərkibində bir o qədər çox kükürd olmayan yüngül çeşidləri təqdim edəcək. Belə neftin xüsusi bazarları və onu qəbul etməyə hazır olan az sayda neft emal edən zavodları var. Bu neft Liviyadan gələn neft tədarüklərini əvəz edə bilər: təqribən eyni keyfiyyətə malikdirlər. Lakin çətin ki, bu hal neftin ümumi məzənnəsinə təsir göstərər və ya ümumi tarazlığı dəyişər.
Əlbəttə, qanun layihəsi qəbul olunduqdan sonra treyderlər tərəfindən psixolojı reaksiyası veriləcək - qiymətlər müəyyən vaxta aşağı düşəcək. Lakin təlabat və təklifin əvvəlki müvafiqlikdə olduqları müəyyənləşsə, yeni sabitləşmə baş verəcək və qiymətlər 2014-cü ilin avqust ayından bəri təyin olunan dəhlizə geri dönəcək. Brend markalı nefti götürsək bir barrel üçün orta hesabla 45 dollar, yüksək göstərici ilə 55 dollar, ən aşağı göstərici ilə isə 30 dollar olacağı gözlənilir. Təxminən iki il ərzində qiymətlər bu diapazon çərçivəsində qala bilərlər.
Və sonda: belə qərardan sonra ABŞ-ın nəhəng neft ixracatçısına çevrilməsini gözləmək olmaz. Birincisi, onlar hazırda da AB-nə yetərincə çox sayda neft məhsulları ixrac edir (məsələn, dizel yanacağı).
Bundan başqa, xüsusilə Meksika körfəzi ətrafında yerləşən amerikalı neft emal edən zavodların daha sərt və tərkibində kükürdün çoxluq təşkil etdiyi neftə ehtiyacları var. Bu cür xammalı onlar Meksika, Venesuela və Səudiyyə Ərəbistandan münasib qiymətə (təxminən 20 dollar) alırlar. Amerika isə yalnız artıq yüngül nefti ixrac edərək xarici bazarda neft almağa davam edəcək. Ola bilsin, təxminən 2025-ci ildə ABŞ xalis neft ixracatçısına çevrilsin (ixrac olunan neftin həcmi idaxal olunan neftin həcmindən çox olduğu təqdirdə). Lakin bu, qeyd olunan tarixdən tez baş verməyək. Hələlik isə Amerika idxalçı olaraq qalır.
Şübhəsiz, neftin qiymətinin kəskin surətdə enməsi Rusiya iqtisadiyyatından yan ötə bilməz. Lakin bazarın psixolojı reaksiyası bir həftə davam edəcək və qiymətlər təyin olunmuş dəhlizə geri dönəcək.