7 Noyabr 10:54
25 Yanvar 2023 09:35
3 269
ABŞ Ədliyyə Nazirliyi "Google" korporasiyasını onlayn reklam bazarında lider mövqeyi ilə bağlı məhkəməyə verib.
Bu barədə nazirliyin saytında bildirilib.
"Bu gün Ədliyyə Nazirliyi Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu York, Rod-Aylend, Tennessi və Virciniya Baş Prokurorları ilə birlikdə "Google"a qarşı rəqəmsal reklam məhsullarının inhisarlaşdırılması hallarına görə mülki antiinhisar iddiası qaldırıb", - deyə qeyd olunub.
Bildirilib ki, "Google" 15 ildir ki, qeyri-qanuni rəqabət əleyhinə mübarizə üsullarından istifadə edib ki, bu da reklamın qiymətinin artmasına və ölkə miqyasında kütləvi informasiya vasitələrinə ziyan vurmasına səbəb olub.
7 Noyabr 20:27
1 057
7 Noyabr 19:11
1 386
7 Noyabr 18:41
1 113