“Azərbaycan bu sahədə səylərini daha da artırmalıdır”
2 Noyabr 18:16
2 Noyabr 18:16
2 Noyabr 18:14
2 Noyabr 17:48
2 Noyabr 17:21
08:25
483
ABŞ hərbçiləri noyabrın 1-də İranın Qeşm adasına zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu baeədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ artıq bir neçə həftədir ki, İrana "kiçikmiqyaslı zərbələr endirir". ABŞ administrasiyasının adı çəkilməyən rəsmiləri bu zərbələri müdafiə xarakterli kimi qiymətləndirirlər. Qeyd olunur ki, Amerika hakimiyyəti tammiqyaslı hərbi əməliyyatları bərpa etmək istədiyinə dair siqnal verməmək üçün sözügedən zərbələri qəsdən açıqlamır.
Tramp daha əvvəl, noyabrın 1-də bildirmişdi ki, noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil. ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə elə həmin gün ABŞ və İran arasında münaqişənin dayandırılması üzrə keçirilən məsləhətləşmələrdə "müəyyən irəliləyiş" əldə olunduğunu bildirib.
Məryəm Quliyeva
09:26
196
09:14
294
08:58
448