10:33
539
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Saravan şəhristanında silahlı hücum nəticəsində bir polis əməkdaşı həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
Həlak olan şəxsin kiçik leytenant Höccət Vəfakardə olduğu bildirilir. Dövlət mediasının məlumatına görə, polis və təhlükəsizlik qüvvələri hücumda əli olanların müəyyən edilərək saxlanılması üçün əməliyyat tədbirləri həyata keçirir.
Məryəm Quliyeva