Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Noyabrın 2-də dünya fond bazarlarında qarışıq dinamika qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 213,67 bənd və ya 0,41% artaraq 51 983,98 bəndə yüksəlib. “S&P 500” indeksi 38,67 bənd və ya 0,51% azalaraq 7 541,40 bəndə, “Nasdaq Composite” indeksi isə 272,64 bənd və ya 1,07% geriləyərək 25 164,36 bəndə düşüb.

“NYSE Composite” indeksi 0,33% artaraq 24 372,07 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,51% yüksələrək 35 801,09 bənd təşkil edib.

Avropa fond bazarlarında bütün əsas indekslər bahalaşıb. “Euro Stoxx 50” indeksi 0,73% artaraq 6 176,06 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,29% yüksələrək 10 761,33 bəndə çatıb.

Almaniyanın “DAX” indeksi 0,63% artaraq 25 981,09 bənd, Fransanın “CAC 40” indeksi 0,98% yüksələrək 8 047,69 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,63% bahalaşaraq 18 957,80 bənd təşkil edib.

Asiya-Sakit okean regionunda da bəzi indekslər yüksəldiyi halda, bəzilərində eniş olub.

Yaponiyanın “Nikkei 225” indeksi 0,33% azalaraq 63 081,86 bəndə, “TOPIX” indeksi isə 0,88% geriləyərək 3 930,28 bəndə düşüb.

Honq-Konqun “Hang Seng” indeksi 0,52% artaraq 23 515,29 bəndə yüksəlib. Çinin “CSI 300” indeksi 0,08% azalaraq 4 013,89 bəndə enib.

Avstraliyanın “S&P/ASX 200” indeksi 0,33% artaraq 8 885,40 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 0,23% geriləyərək 259,04 bəndə düşüb.

Fond bazarlarında fərqli dinamika investorların texnologiya şirkətlərinin maliyyə perspektivlərini və qlobal iqtisadi riskləri qiymətləndirməsi fonunda müşahidə olunur.