“Azərbaycan bu sahədə səylərini daha da artırmalıdır”
2 Noyabr 18:16
2 Noyabr 18:16
2 Noyabr 18:14
2 Noyabr 17:48
2 Noyabr 17:21
08:50
546
Fransada həbsxanalardakı məhbusların sayı oktyabrın 1-nə olan məlumata görə, 90,9 min nəfərə çataraq növbəti dəfə tarixi maksimumu yeniləyib.
Xalqcebhesi.az xəbər verir ki, "Franceinfo" telekanalının Ədliyyə Nazirliyinin hesabatına istinadən yaydığı məlumata görə, son bir ildə məhkumların sayı 7.2% artdığı halda, penitensiar müəssisələrin tutumu cəmi 1.5% artıb. Bu balanssızlıq həbsxanalarda böyük sıxlığa səbəb olub; ölkə üzrə ümumi doluluq səviyyəsi 143.3% təşkil edib, qısa müddətə məhkum olunanların və ya hökmü gözləyənlərin saxlandığı müəssisələrdə isə bu rəqəm 178%-ə çatıb.
Vəziyyəti yumşaltmaq üçün hakimiyyət modul tipli həbsxanalarda 3 min yeni yer yaratmağı planlaşdırır. Lakin 2018-ci ildə elan edilən genişmiqyaslı proqram ləng icra olunur – vəd edilən 15 min yerdən hələ ki yalnız 8 mini istifadəyə verilib. Fransanın penitensiar sistemi həbsxanalardakı xroniki sıxlıq, pis saxlanma şəraiti və təsirli tədbirlərin görülməməsi səbəbindən dəfələrlə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) tənqidinə məruz qalıb.
Məryəm Quliyeva
09:26
490
09:14
504
08:58
532