10:23
504.jpg)
Türkiyənin mərkəzi hissəsində yerləşən Konya əyalətində şəhərlərarası sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Qəza saat 02:00 radələrində İsparta-Beyşehir magistral yolunda baş verib. Yerli "Yeni Diyarbakır" nəqliyyat şirkətinə məxsus Antalya-Iğdır reysini yerinə yetirən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.
Avtobusda olan ümumilikdə 45 nəfər xəsarət alıb. İlkin məlumatlara görə, onların 40-a yaxını yüngül xəsarətlər alıb. Yaralılar Beyşehir Dövlət Xəstəxanasına çatdırılıb, onlardan beşi daha sonra Konyadakı tibb müəssisələrinə, daha üçü isə Seydişehir rayonunun xəstəxanalarına köçürülüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məryəm Quliyeva