ABŞ və NATO Ukraynaya təhlükəsizlik zəmanətlərini müzakirə edəcək Dünya

ABŞ və NATO Ukraynaya təhlükəsizlik zəmanətlərini müzakirə edəcək

ABŞ bu həftə Brüsseldə Şimali Atlantika Alyansındakı müttəfiqləri ilə Kiyevə yardımın göstərilməsini və Ukrayna münaqişəsi başa çatdıqdan sonra "Avropada təhlükəsizlik strukturu"nu müzakirə etmək üçün məsləhətləşmələr keçirmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə noyabrın 2-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib.

O, "X" sosial şəbəkəsində qeyd edib ki, "bu həftə amerikalı danışıqçılar Ukrayna üçün təhlükəsizlik zəmanətlərini, müharibədən sonrakı Avropa təhlükəsizlik strukturunu, habelə Ukraynanın bərpasına kömək edəcək iqtisadi imkanları müzakirə etmək üçün Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, Aİ və NATO nümayəndələri ilə görüşəcəklər". "Biz gələcək nəsillər üçün uzunmüddətli əsasda təhlükəsizliyi təmin edəcək hərtərəfli və möhkəm sülh sazişinə doğru irəliləmək məqsədilə Kiyev, Oslo və Sankt-Peterburqda əldə olunmuş uğurları inkişaf etdirməyə ümid edirik", - deyə Uitkoff əlavə edib. O, həmçinin bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukraynanın iştirakı ilə keçiriləcək məsləhətləşmələr noyabrın 10-11-də Əbu-Dabidə baş tutacaq.

Məryəm Quliyeva