“Azərbaycan bu sahədə səylərini daha da artırmalıdır”
2 Noyabr 18:16
2 Noyabr 18:16
2 Noyabr 18:14
2 Noyabr 17:48
2 Noyabr 17:21
09:14
518
Tramp artıq iki ilə yaxındır ki, hakimiyyətdədir, lakin nədənsə, nə o, nə də Melaniya – nə bu il, nə də keçən il – ukraynalıların və ya Ukraynanın taleyinə heç bir maraq göstərməyiblər. Ukraynanın üzərinə dronlar və raketlər yağarkən, valideynlər ruslar tərəfindən öldürülən övladlarını dəfn edərkən, Tramp və həyat yoldaşı öz iqamətgahlarında dəbdəbə və qayğısız rahatlıq içində yaşayırdılar.
Xalqcebhesi.az xəbər verir ki, bunu ukraynalı politoloq Vasili Hayday deyib.
"İlk növbədə Vatikana təşəkkür etmək lazımdır! Roma Papası XIV Levə, kardinal Dzuppiyə, kardinal Cucerottiyə (hansı ki, yeri gəlmişkən, Vatikanın Ukraynadakı səfiri olub), Vatikanın dövlət katibi kardinal Parolinə. Məhz Vatikan Oleşki faciəsini beynəlxalq səviyyəyə qaldırdı və Melaniya Tramp bu barədə heç vaxt heç nə bilməzdi.
Aydındır ki, Trampın həyat yoldaşı bundan piar məqsədilə istifadə edəcək və bu cür humanitar aksiyalar davam edərsə, gələn il bəlkə də Nobel Sülh Mükafatına namizəd göstəriləcək. Melaniyanın Donald Trampın könlünü xoş etmək üçün Sülh Mükafatı almasını istəməzdim, amma yenə də, əgər bunun sayəsində yüzlərlə və minlərlə ukraynalı xilas ediləcəksə, qoy elə olsun. Üstəlik, məhz Melaniya Trampın prosesə qoşulması Rusiyanın nəzərə aldığı əsas faktor oldu – Putin ABŞ-ın birinci xanımının, faktiki olaraq isə Trampın mövqeyi qarşısında boyun əyməyə bilməzdi. Amma bir daha vurğulayıram: Vatikan olmasaydı, heç nə olmazdı" - öz deyib.
Cavid