

Avropa İttifaqı və Qazaxıstan viza rejiminin sadələşdirilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.
APA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlət Nazirliyi məlumat yayıb.
Bununla bağlı Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Brüsseldə Avropa Komissiyasının daxili işlər üzrə komissarı İlvo Yohansson ilə görüşüb.
Danışıqlar nəticəsində Qazaxıstan sakinləri üçün viza rejiminin sadələşdirilməsi üzrə rəsmi məsləhətləşmələrin başlanması razılaşdırılıb.
Nurtleu Qazaxıstanın viza siyasəti və insan kapitalımızın yüksək səviyyəsi haqqında ətraflı məlumat verib.
Həmçinin Qazaxıstanın Avropa İttifaqı üçün miqrasiya riski yaratmadığını izah edilib.
O, Qazaxıstan hökumətinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə həyata keçirdiyi tədbirlərdən və bu sahədə digər mühüm aspektlərdən də danışıb.