30 May 2023 09:04
2 121
Türkiyənin Muş əyalətinin Kırköy bələdiyyəsində leysan yağışları nəticəsində Kırgiz çayı daşıb.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, çayın daşması nəticəsində 1 körpü dağılıb.
Kırköy Bələdiyyə Başçısı Nahit Dizman 35 evin zərər gördüyünü bildirib.
"Körpünün uçması nəticəsində 5 maşınımız yararsız vəziyyətə düşüb, 35 evi su basıb. Ciddi maddi ziyan var, amma şükür ki, həlak olan yoxdur", - deyə o bildirib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA