“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
5 Sentyabr 2023 06:13
2 443
İtaliya gələn il ev sahibliyi edəcəyi “Böyük yeddilər” (G7) sammitində süni intellektin imkanlarını tətbiq etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı müzakirələr İtaliyanın Baş naziri Ciorcia Meloninin “LinkedIn”in qurucusu, süni intellektin inkişafı sahəsində qlobal miqyasda aparıcı ekspertlərdən biri olan Reid Hoffman ilə görüşündə aparılıb.
Görüşün əsas mövzusu çoxtərəfli arenada müzakirə olunan və İtaliyanın keçirəcəyi G7 sammitində geniş tətbiq etməyi planlaşdırdığı süni intellektin imkanları və mümkün risklərlə bağlı olub.
Qeyd edək ki, 2024-cü il iyunun ikinci yarısında İtaliyanın Puqliya regionunda G7 qrupuna daxil olan ölkələrin liderlərinin Zirvə görüşü keçiriləcək.