Manbic sakinləri xoşbəxtdirlər Dünya

Manbic sakinləri xoşbəxtdirlər

Suriyanın şimalında yerləşən Manbic şəhərinin sakinləri İŞİD yaraqlılarından Birləşmiş Ştatların dəstəyilə azad olunan yaşayış yerlərinə qayıtmalarının sevincini yaşayırlar. Lakin Suriyanın digər bölgələrində münaqişələr davam etməkdədir. Suriyada İslamçı yaraqlıların müdaxiləsiylə daha da çətinləşən beş ildir davam edən vətəndaş müharibəsi böyük itkilərə səbəb olub.
İnsanlar mahnı oxuyur, rəqs edir və şüarlar səsləndirir. Baxmayaraq ki, İslam Dövləti qrupunun nəzarətində olan Manbic şəhəri üç ay davam edən döyüşlərdən sonra azad olunsa da viran qalıb. Türkiyə sərhədi yaxınlığında yerləşən şəhər iki il İŞİD əsarətində qalıb. Didərgin düşmüş sakinlər və müttəfiq qüvvələrin İŞİD-dən azad etdiyi yüzlərlə insan şənbə günü öz evlərinə geri qayıdıblar. Militantlar yaşayış yerlərinə minalar yerləşdirməklə yanaşı, qadınları burka ilə bağlanmağa və kişiləri üzlərini qırxmamağa məcbur edib.
Hasan Abdulla: "Mənim qohumlarımdan biri öldü, digəri Allaha şükür geri qayıtdı. Sadəcə gözünün birini itirdi. Mənim qardaşım Zeyd öldü. Onlar mənim xalamı qara geyindirirdilər və hamı qara əlcək, corab geyinməkdən bezmişdi. Onlar mənim xalamı buna baxmayaraq həbs elədilər".
Bu arada Suriya hökumətindən əldə olunan video görüntüdə hökumət qüvvələri Dəməşqin yaxınlığında yaşayan prezident Bəşər Əsədə müxalif qüvvələrə qarşı raket hücumu həyata keçiriblər.
Rusiya hərbi təyyarələri tərəfindən dəstək alan hökumət qüvvələri üsyançıların əlində olan İdlib ərazisinə hücum ediblər. Hələb şəhərində gedən doyüşlərdən qaçan on minlərlə qaçın İdlibə yerləşib.
Beş ildir davam edən vətəndaş müharibəsi Suriya boyu uşaqları yetim qoyub. Onlardan bəziləri Hələbin şimalında yerləşən uşaq evlərinə sığınıb.
Məhəmməd Cəfər: "Biz onların təhsililə məşğul oluruq və onlara vətəndaş cəmiyyətlərinin köməyilə dəstək oluruq. Ölkəmizdəki hazırkı vəziyyətlə bağlı olaraq, hər bir kənddən, şəhərdən qaçan uşaqlar buraya gəlir".
Təşkilat 400 oğlan uşağına ev sahibliyi edir. Vətəndaş müharibəsi nəticəsində 250 minə yaxın insan həyatını itirib və valideynlərini itirən uşaqların sayı gündən günə artır.