Şimali Koreya "Haeil-5-23" sualtı nüvə silah sistemini sınaqdan keçirib Dünya

Şimali Koreya "Haeil-5-23" sualtı nüvə silah sistemini sınaqdan keçirib

Şimali Koreya hakimiyyəti ABŞ, Yaponiya və Cənubi Koreyanın təlimlərinə cavab olaraq "Haeil-5-23" sualtı nüvə silah sistemini sınaqdan keçirib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Yanvarın 15-dən üç gün ərzində Ceju adasının ətrafında dənizdə Amerikanın “Karl Vinson” nüvə təyyarədaşıyan gəmisi, “Aegis” çoxfunksiyalı döyüş sistemi ilə təchiz edilmiş “Princeton” kreyseri, Yaponiya Özünümüdafiə Qüvvələrinin və Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin gəmiləri yenidən birgə hərbi dəniz təlimləri keçirib.”, - deyə bildirilir.

“Buna cavab olaraq, KXDR Milli Müdafiə Akademiyası nəzdində Sualtı Silah Sistemləri İnstitutu inkişaf mərhələsində olan “Heil-5-23” sualtı nüvə silahı sisteminin mühüm sınağını keçirib".

Həmçinin vurğulanır ki, KXDR ordusunun sualtı nüvə reaksiyasına hazırlığı yaxşılaşır və buna görə də “dənizin üstündə və altındakı müxtəlif cavab tədbirləri ABŞ Hərbi Dəniz Qüvvələri və onun müttəfiqlərinin düşmən hərbi hərəkətlərinin qarşısını almağa davam edəcək.

Cavid