KİV: İrana görə Ağ Evdə tükənmə yaşandığı bildirilir Dünya

KİV: İrana görə Ağ Evdə tükənmə yaşandığı bildirilir

Ağ Ev administrasiyası demək olar ki, bütün diqqətini İranla hərbi münaqişənin dayandırılmasına yönəltdiyi üçün tükənmə (yorğunluq) hiss edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məqalə müəllifləri qeyd ediblər ki, münaqişə artıq planlaşdırıldığından iki dəfə çox davam edib.

"Administrasiya bu münaqişəyə tamamilə qərq olub. Onlar laqeydlik və ya yorğunluq vəziyyətindədirlər, çünki sanki heç nə baş vermir; hətta müəyyən uğurlar olsa belə, bu barədə heç kim məlumat vermir", — deyə nəşrdə qeyd olunub.

Ağ Evə yaxın mənbələrdən biri administrasiyanın "bu vəziyyətə düşməkdən" başqa çarəsi qalmadığını hiss etdiyini bildirib.

Məryəm Quliyeva