Zaxarova: Rusiya Qara dənizdə sabitlik üçün Türkiyə ilə əməkdaşlığa hazırdır
Aİ "Sumud" hadisəsinə görə İsrailə qarşı sanksiyalar hazırlamaq istəyir
Nazir: BTQ Xəzər və Qara dəniz arasında ən rəqabət qabiliyyətli tranzit marşrutudur
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Mers Almaniyanı "çox yaxşı dövrlərin" gözlədiyini hesab edir
13:55
651
bp şirkəti Bakı-Supsa neft kəmərinin operatorluğunu 8 iyulda təhvil verəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.
Onun sözlərinə görə, kəmərin Azərbaycan hissəsi üzrə operatorluq Azərbaycan, Gürcüstan hissəsi isə Gürcüstan hökümətinə təhvil veriləcək.
Bununla yanaşı, iyun ayının əvvəllərində Bakı-Tbilisi-Ceyhan kəməri üzrə operatorluq müvafiq hissələr üzrə SOCAR-a veriləcək.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər. Bakı-Supsa ixrac marşrutu Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. 1999-cu ilin aprelində istismara verilən kəmərin uzunluğu 837 kilometr, illik ötürücülük qabiliyyəti isə 7 milyon tondan çoxdur.

14:50
364
14:34
595
14:29
539