Mers Almaniyanı "çox yaxşı dövrlərin" gözlədiyini hesab edir Gündəm

Mers Almaniyanı "çox yaxşı dövrlərin" gözlədiyini hesab edir

Almaniya Kansleri Fridrix Mers hesab edir ki, bütün iqtisadi çətinliklərə baxmayaraq, ölkəsini qarşıda çox yaxşı dövrlər gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Mers Bad-Zarov kommunasında (Brandenburq federal torpağı) keçirilən Şərqi Almaniya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Pessimizm və ölkəmizin gələcəyini qaranlıq rənglərdə təsvir etmək üçün heç bir səbəb yoxdur", - deyə o, bildirib. Tədbir "Phoenix" telekanalı vasitəsilə canlı yayımlanıb.

O, ölkənin gələcəyi naminə "partiya-siyasi oyunları" bir kənara qoymağa çağıraraq qeyd edib: "Ölkəmiz üçün ən yaxşı dövrlər geridə qalmayıb, əksinə, əgər biz indi bir-birimizə qarşı deyil, birlikdə çalışsaq - şərqi Almaniyada da, qərbi Almaniyada da, bütövlükdə AFR-də və Avropada qarşıda bizi çox yaxşı illər gözləyir".

Məryəm Quliyeva