ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib Siyasət

ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib

ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında bildirilib.
Qeyd edilib ki, ABŞ nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib.