Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib - FOTO - YENİLƏNİB İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib - FOTO - YENİLƏNİB

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu istismara verilməni bildirən düyməni sıxıb.

***

14:03

Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimi keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər iştirak edirlər.

Azərbaycanı mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Azərbaycan Dəmir Yolları"nın sədri Rövşən Rüstəmov təmsil edir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-da yük daşımaları üçün test rejimində istismara verilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib - FOTO  - YENİLƏNİB Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib - FOTO  - YENİLƏNİB