“Əsas məqsəd Türk dövlətlərinin malik olduğu potensialı ortaq imkanlara çevirməkdir”
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
23 Fevral 2024 11:29
3 423
Beynəlxalq Valyuta Fondu (BVF) uzadılmış kreditləşmə mexanizmi çərçivəsində Ukraynaya növbəti tranşın ayrılması ilə bağlı işçi səviyyəsində razılığın əldə olunduğunu açıqlayıb.
BVF-nin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, işçi səviyyədəki saziş Kiyevə 880 milyon dollar məbləğində tranşın ayrılmasını nəzərdə tutur.
Sənəddə vurğulanır ki, sazişlər BVF rəhbərliyi və İdarə Heyəti tərəfindən təsdiqlənməlidir.
Reuters daha əvvəl bu məsələyə martın ikinci yarısında baxacaqlarını bildirmişdi.
BVF nümayəndələri yaydıqları bəyanatda Ukrayna iqtisadiyyatının “güclü artımının müsbət dinamikasını” qeyd ediblər. Eyni zamanda, təşkilat etiraf edib ki, Ukrayna iqtisadiyyatının cari il üçün inkişafı ilə bağlı proqnoz “son dərəcə qeyri-müəyyən” olaraq qalır.
Cavid